logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mirhüseyn Abdullazadədən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

16 aprel 2019, 17:35

Hörmətli cənab Prezident İlham Əliyev.

Sizin tapşırığınızla “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə təşkil olunan maarifləndirici tur-aksiyalar biz şagirdlər üçün olduqca əhəmiyyətlidir. Bu layihə ölkəmizin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, bölgələrimizin özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olmağımıza imkan verir. Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə biz gənclərdə əyani təsəvvür yaradır.

Əvvəlki illərdə həyata keçirilən tur-aksiyaları çox böyük həvəslə izləyirdim. Bu il Naxçıvan Muxtar Respublikasına təşkil olunmuş tur-aksiyaya seçildiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Dördgünlük maraqlı səyahətdə Naxçıvan, Culfa, Ordubad, Şahbuzda qədim mədəniyyət abidələri ilə yaxından tanış oldum və çox dərin biliklərə yiyələndim. Ölkəmizin siyasi və iqtisadi sahələri kimi, təhsilə də ayırdığınız böyük diqqətə görə Sizə dərin təşəkkür etməyi özümə borc bildim.

İnanıram ki, yaxşı təhsil almaqla, yiyələndiyim biliklərlə Azərbaycanın gələcək həyatında, inkişafında rol oynaya biləcək vətəndaş kimi yetişəcəyəm.

Sizə səmimi şagird təşəkkürümü bildirirəm, əziz Prezidentimiz!

Hörmətlə,

Abdullazadə Mirhüseyn Rasim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi