logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rafiq Əliyev və Fuad Musayevdən, Astara, Azərbaycan

Text size icon-size icon-size

15 aprel 2019, 17:10

Möhtərəm cənab Prezident.

Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinə ilk dəfə olaraq elektrik xəttinin çəkilməsi üçün vəsait ayrılması barədə Sərəncam imzalamağınız bizi hədsiz sevindirdi.

Siz hər bir azərbaycanlının Prezidenti kimi ən ucqar dağlıq ərazidə yaşayan insanları belə yaddan çıxarmır, onların kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi ilə təmin edilməsinə göstəriş verirsiniz.

Ömrünüz hər zaman işıq qədər parlaq olsun, cənab Prezident! Allah Sizi qorusun.

Hörmətlə,

Əliyev Rafiq

Musayev Fuad.

Azərbaycan Respublikası, Astara rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi