logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Həmidə Həmidovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

15 aprel 2019, 12:30

Hörmətli Prezident,

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı kimi Sizi salamlayıram. Sizinlə sevincimi bölüşmək, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu il Novruz tətilimi qədim Naxçıvan torpağında keçirmək, doğma yurdumun gözəlliklərini seyr etmək, tarixi abidələrinin möhtəşəmliyinin şahidi olmaq xoşbəxtliyi Sizin sayənizdə mənə də nəsib oldu.

Hörmətli cənab Prezident, uşaqlara - bizə olan böyük qayğınız və diqqətiniz bu tur zamanı daim hiss olunurdu. Çox sağ olun. Sizə həmişə minnətdarıq! Bizə yaradılan bu şəraitin əvəzini təhsildə qazanacağımız uğurlarla verməyə, Vətənimizə layiqli vətəndaşlar olmağa çalışacağıq.

Hörmətlə,

Həmidova Həmidə Rizvan qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi