logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məhəmmədiyyə Rəşidovdan, Zaqatala, Azərbaycan

Text size icon-size icon-size

12 aprel 2019, 14:30

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan misilsiz inkişaf yolu keçib. Sizin uzaqgörən siyasətiniz, düşünülmüş şəkildə həyata keçirilən islahatlar və qərarlarınız dövlətimizi dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqeyini daha da möhkəmləndirib, bütün sahələrdə sürətli inkişafa nail olunub.

Xalqımız yaxşı bilir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. İmzaladığınız hər bir sərəncam və fərman insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.

Möhtərəm cənab Prezident, ulu öndərimiz Heydər Əliyev söyləmişdi: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir”. Siz də Ümummilli Liderin bu müdrik kəlamına uyğun olaraq yeni-yeni yollar çəkdirir, abadlıq-quruculuq işləri aparırsınız.

Sizin Sərəncamınıza əsasən Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikilməsi kənd sakinlərini çox sevindirdi. Uzun illər xəyal etdiyimiz arzular Sizin sayənizdə gerçəkləşir.

Cənab Prezident, Siz bizə böyük sevinc bəxş etdiniz. Allah Sizi sevindirsin, Sizə uzun ömür versin. Biz Faldarlı kənd sakinləri Sizin apardığınız məqsədyönlü siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik.

Kənd sakinləri adından dərin hörmətlə,

Rəşidov Məhəmmədiyyə.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Faldarlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi