logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tehran Çiriyev və başqalarından, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

12 aprel 2019, 12:00

Möhtərəm cənab Prezident,

Biz - İsmayıllı rayonunun Qalacıq kənd sakinləri Novruz bayramının sevincini yaşayarkən, Siz sevincimizə daha bir sevinc qatdınız. Kəndimizə təbii qaz verildi. Uzun illər həsrətində olduğumuz bu arzunun Sizin tapşırığınız əsasında həyata keçməsi əhalimizi çox sevindirdi.

Cənab Prezident, rahatlığımızı düşünərək bu qayğını bizə göstərdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ölkəmizin bütün rayon və kəndlərinin gündən-günə abadlaşması, əhalinin rifah halının yüksəlməsi, verdiyiniz mühüm qərarlar Sizə olan inamımızı daha da möhkəmləndirir.

Biz qalacıqlılar həmişəki kimi bundan sonra da Sizin uğurlu siyasətinizi dəstəkləyəcəyik.

Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə bir daha Sizə minnətdarlıq edir, Sizə bundan sonrakı fəaliyyətinizdə də uğurlar, cansağlığı arzulayırıq.

Hörmətlə,

Çiriyev Tehran,

Əskərov Şahin,

Musayev Nəbi,

Şalbuzova Zöhrə,

Cavadov Nuralı və başqaları - cəmi 23 nəfər.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qalacıq kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi