Əjdər Məmmədovdan, Ağdam, Azərbaycan


11 aprel 2019, 11:30
Möhtərəm cənab Prezident.
Biz kənd əməkçiləri erməni quldurları ilə üzbəüz çətin vəziyyətdə yaşamağımıza baxmayaraq, heç bir vaxt öz ata-baba yurdumuzu tərk etməmişik. Ona görə ki, Sizin kimi müdrik və qətiyyətli Prezidentimiz var. Biz Sizə inanır və güvənirik.
Ulu öndərimiz Heydər Əliyev müasir müstəqil dövlətimizi quraraq Azərbaycanı dünyaya tanıtdı. Siz isə ölkəmizi sürətlə inkişaf etdirdiniz, onun beynəlxalq nüfuzunu daha da artırdınız.
Cənab Prezident, biz Sizin yürütdüyünüz müdrik siyasətinizi hər zaman dəstəkləmişik. Çox şadıq ki, dövlətimizin sükanı etibarlı əllərdədir. Allah Sizi qorusun.
Hörmətlə,
Məmmədov Əjdər Məhərrəm oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Mahrızlı kəndi.