logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yasəmən Məmmədovadan, Ucar, Azərbaycan

Text size icon-size icon-size

10 aprel 2019, 15:25

Möhtərəm cənab Prezident.

Ölkəmizi daha yaxşı tanımaq, tarixini və dilbər guşələrini görmək üçün bizə yaratdığınız gözəl şəraitə görə Sizə təşəkkür edirəm.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində bu yaxınlarda keçirilən tur-aksiyada biz cənub bölgəsinə səfər etdik, Lənkəran, Astara və Masallıda olduq. Biz gördük ki, ölkəmizin bütün guşələri inkişaf edib və etməkdədir. Biz bu rayonlarda Heydər Əliyev mərkəzlərinə getdik, Ulu Öndərimizin həyat və fəaliyyəti ilə yaxından tanış olduq. Sonra Tarix-Diyarşünaslıq muzeylərinə səfər edərək tarixi biliklərimizi genişləndirdik. Lənkəranda Hirkan Milli Parkına, çay plantasiyasına, Astarada “Astaraçay” çay fabrikinə, Masallı Sənaye Məhəlləsinə və digər görməli yerlərdə olduq. Həmçinin biz bu rayonlarda keçirilən Novruz şənliklərinə də qatıldıq.

Azərbaycanın gələcəyi olan biz gənclər də çalışacağıq ki, ölkəmizin gözəlləşməsi və daha da inkişaf etməsi üçün əlimizdən gələni edək. Sizə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram, əziz Prezidentimiz!

Hörmətlə,

Məmmədova Yasəmən Tahir qızı, X sinif şagirdi.

Azərbaycan Respublikası, Ucar rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi