logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul etmişdir

Text size icon-size icon-size

10 oktyabr 2011, 18:30

Prezident İlham Əliyev Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rudolf Şuster arasında bundan əvvəlki görüşlər məmnunluqla xatırlandı, Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyəti qeyd olundu, tədbirin ölkələrarası, mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi baxımından önəmi vurğulandı.

Slovakiya Respublikasının keçmiş Prezidenti Rudolf Şuster Bakıda gedən nəhəng quruculuq, abadlıq işlərinin şahidi olduğunu dedi və bunu yüksək qiymətləndirdi.
 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi