Rəvan Abdinovdan, Bakı, Azərbaycan


10 aprel 2019, 11:35
Hörmətli cənab Prezident.
Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi şagirdlərin ürəyincədir. Bu il mən də tur-aksiyaya qoşuldum. Mart ayının 23-də bizi qədim torpağımız olan Naxçıvana apardılar. Mən heç vaxt orada olmamışdım. Sizin sayənizdə ölkəmizin ən gözəl guşələrindən birinə səfər etdim. Bunun üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm. Səfərimiz çox maraqlı keçdi. Naxçıvanda çox gözəl qarşılandıq. Müxtəlif tarixi abidələrə, muzeylərə, universitetlərə və bir sıra görməli yerlərə baş çəkdik. Qədim torpaqlarımızdan unudulmaz təəssüratlarla ayrıldım.
Möhtərəm Prezident, bütün bunlar Sizin təhsilə olan diqqətiniz sayəsindədir. Mən də öz növbəmdə bu etimadı doğruldacağıma, yaxşı təhsil alıb əsl vətənpərvər olacağıma söz verirəm. Bir daha Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Abdinov Rəvan Rüfət oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.