İlham Əliyev Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəli qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
10 oktyabr 2011, 16:00
Prezident İlham Əliyev Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəli qəbul etmişdir.
Görüşdə ulu öndər Heydər Əliyev ilə Süleyman Dəmirəlin keçirdiyi görüşlər, onların arasında olan dostluq münasibətləri məmnunluqla xatırlandı, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də daim möhkəmlənəcəyinə əminlik ifadə olundu.
Dövlət başçısı dəvəti qəbul edib Beynəlxalq Humanitar Forumda iştirak etdiyinə görə Türkiyənin IX Prezidentinə minnətdarlığını bildirdi.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin şərəfinə nahar verildi.