İbrahim Əliyevdən, Bakı, Azərbaycan


09 aprel 2019, 12:30
Hörmətli cənab Prezident,
Bu yaxınlarda mən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasında oldum. Bu layihənin təşkilinə görə, ilk növbədə, Sizə təşəkkürümü bildirirəm. Mən belə düşünürəm ki, "Ölkəmizi tanıyaq" tur-aksiyası məktəblilərin maariflənməsi və dünya görüşlərinin artırılması üçün çox gözəl layihədir. Biz kitabda gördüklərimizi, oxuduqlarımızı əyani olaraq daha yaxından müşahidə etdik və öyrəndik. Muxtar respublikada bizi çox gözəl qarşıladılar və bizə çox yüksək səviyyədə xidmət göstərdilər. Dörd gün ərzində biz Naxçıvanın tarixi, gəzməli-görməli yerləri, mətbəxi ilə daha yaxından tanış olduq. Mən də Naxçıvanda olduğum üçün çox sevinirəm.
Hörmətli cənab Prezident, bu layihəni təşkil etdiyinizə və şagirdlərə ölkəmizi daha yaxından tanımaq imkanı yaratdığınıza görə Sizə bir daha təşəkkürümü bildirirəm.
Hörmətlə,
Əliyev İbrahim İslam oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.