logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Seyidəli Səftərlidən, Ucar, Azərbaycan

Text size icon-size icon-size

09 aprel 2019, 11:40

Hörmətli cənab Prezident,

Mən bir şagird olaraq, Sizə sonsuz təşəkkürümü bildirirəm. Çünki, Sizin rəhbərliyiniz altında ölkəmiz gündən-günə çiçəklənir, inkişaf edir. Hər bir Azərbaycan vətəndaşı Sizin qayğınızı öz üzərində hiss edir. Gənclərlə bağı apardığınız uğurlu siyasətiniz nəticəsində ölkəmizdə gənclərin asudə vaxtlarını keçirməsi üçün bütün lazımi imkanlar yaradılmışdır. Mən bir məktəbli olaraq, ümumtəhsil müəssisəsində dövlət hesabına təhsildən yararlanıram. Sizin tövsiyəniz əsasında keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində bu il martın 15-17-də Lənkəran, Masallı və Astarada olmuşam. Həmin yerlərin təbiəti, adətləri, milli-mədəni abidələri məndə çox xoş təəssürat yaratmışdır. Bu cür tədbirlərin təşkil olunması biz şagirdlər üçün Sizə və dövlətçiliyimizə olan sarsılmaz inamı daha da artırır və üzərimizə böyük məsuliyyət qoyur, milli-mənəvi dəyərlərimizə daha sıx bağlı olmağımız üçün bizi ruhlandırır.

Cənab Prezident, mən bir daha Sizə öz təşəkkürümü bildirir, Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram. Sizin hər bir uğurunuz elə bizim uğurumuzdur.

Hörmətlə,

Səftərli Seyidəli Mirsaab oğlu,

XI sinif şagirdi

Azərbaycan Respublikası, Ucar rayonu, Xələc kənd.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi