Kərim Bağırzadədən, Bakı, Azərbaycan


08 aprel 2019, 14:10
Hörmətli cənab Prezident.
Bu gün Azərbaycan məktəbliləri xoşbəxtdirlər. Çünki yeni və hər bir ləvazimatla təchiz olunmuş məktəblərdə təhsil almaqla yanaşı, onlar üçün təşkil olunan tur-aksiyalarda iştirak edir, maraqlı vaxt keçirirlər.
Mən Suraxanı rayonunda yerləşən 87 nömrəli tam orta məktəbin X sinif şagirdiyəm. Artıq 6-cı ildir keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasında bu yaxınlarda iştirak etdim. Qədim, eyni zamanda, müasirləşən Naxçıvanın tarixi abidələri, mədəniyyəti, flora və faunası, gözəl təbiəti ilə tanış oldum. Səfərdən aldığım təəssürat çox yüksəkdir. Ulu öndər Heydər Əliyevin və Sizin fəaliyyətiniz nəticəsində gözəlləşən Naxçıvanı öz gözlərimlə gördüm. Oradan aldığım təəssüratlarımı məktəb yoldaşlarımla da bölüşdüm.
Cənab Prezident, ölkəmizdə gedən inkişaf, dövlətimizin təhsilə böyük qayğısı və Naxçıvanda gördüklərimiz biz məktəbliləri qürurlandırır. Vətənimizə layiqli vətəndaş olacağıma söz verirəm. Yaradılan şərait üçün Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Bağırzadə Kərim Elman oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.