logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mehdi Həmidovdan, Ağsu, Azərbaycan

Text size icon-size icon-size

06 aprel 2019, 12:15

Möhtərəm cənab Prezident.

Ailəmizin üzvləri adından Sizi salamlayır, xalqımızın firavan və xoşbəxt həyatının təmin edilməsinə istiqamətlənmiş hərtərəfli fəaliyyətinizə görə Sizə minnətdarlığmızı bildirirəm.

Sizin tapşırığınıza əsasən “Ölkəmizi tanıyaq” devizi altında təşkil edilən tur-aksiyalar artıq ənənə halını alıb. Şagirdlərin ölkəmizin müxtəlif regionlarına səyahəti böyük razılıqla və sevinclə qarşılanır. Yaz tətili günlərində Ağsu rayonunun Muradlı kənd tam orta məktəbində oxuyan qızım Könül Həmidova da həmin tur-aksiyada iştirak edib və ölkəmizin cənub bölgəsinə səyahətdən zəngin təəssüratla qayıdıb. O, öz təəssüratları ilə bağlı inşa yazıb və gördüklərini həvəslə qeyd edib.

Möhtərəm Prezident, bu qayğıya görə bir daha Sizə dərin minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Həmidov Mehdi Vaqif oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu, Muradlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi