logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nizami Xudiyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

06 aprel 2019, 11:50

Möhtərəm cənab Prezident.

Ölkəmizin ictimai-siyasi həyatındakı fəaliyyətimə verdiyiniz dəyərə, məni layiq gördüyünüz Prezident təqaüdünə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycana rəhbərliyiniz dövründə Sizin xalqımıza, vətəndaşlarımıza göstərdiyiniz diqqət və qayğı, insanların yaşayış səviyyəsinin daha da yaxşılaşması üçün ölkə həyatının bütün sahələrində həyata keçirdiyiniz davamlı islahatlar, respublikamızın inkişafı və çiçəklənməsi naminə apardığınız quruculuq işləri Sizə dərin inam və etimad qazandırıb. Siz öz fəaliyyətinizlə sübut edirsiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz.

Fəaliyyətimə verdiyiniz dəyərə, göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Xudiyev Nizami, professor, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi