logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tamara Rüstəmova və başqalarından, Beyləqan, Azərbaycan

Text size icon-size icon-size

05 aprel 2019, 10:30

Möhtərəm cənab Prezident.

Biz - Xocavənd rayonu 4 saylı tam orta məktəbin şagirdləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində həyata keçirilən tur-aksiyada iştirak etdik və çox sevindik. Biz ölkəmizi çox sevirik. Vətənimizin elə yerləri var ki, oralar barədə ancaq kitablardan oxumuşuq. İndi bu yerləri bu layihə çərçivəsində əyani şəkildə görürük. Belə səyahətlər şagirdlərin intellektual səviyyəsinə və vətənpərvər ruhda yetişməsinə öz müsbət təsirini göstərir.

Əziz Prezidentimiz, bizə bu fürsəti yaratdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Nə yaxşı ki, bizim Prezidentimizsiniz.

Hörmətlə,

Rüstəmova Tamara Münasib qızı,

Şirinov Anar Şamxal oğlu,

Rəhimov Vüqar Mobil oğlu,

Zeynalzadə Mirdamət Azər oğlu

Azərbaycan Respublikası, Beyləqan rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi