logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rövşən Heydərovdan, Ağsu, Azərbaycan

Text size icon-size icon-size

04 aprel 2019, 16:35

Möhtərəm cənab Prezident.

Doğma Azərbaycanımızın sürətli inkişafı və çiçəklənməsi, insanların həyat səviyyəsinin yüksəldilməsi yolunda həyata keçirdiyiniz tədbirlər hamımızı çox sevindirir. Xüsusi olaraq qeyd etmək istəyirik ki, ənənəvi olaraq qış və yaz tətili günlərində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Sizin tapşırığınıza əsasən ölkəmizin müxtəlif bölgələrinə təşkil edilən turlar şagirdlər və valideynlər tərəfindən böyük razılıqla qarşılanır. Yaz tətili günlərində mənim Ağsu şəhər 3 nömrəli tam orta məktəbində oxuyan qızım Heydərova Zəminə də respublikamızın cənub bölgəsinə təşkil edilən səyahətdə iştirak etmiş və böyük təəssüratla qayıtmışdır. O, tətildən sonrakı ilk dərs günündə təəssüratlarını sinif yoldaşları ilə bölüşmüş və böyük maraqla qarşılanmışdır.

Yetişməkdə olan gənc nəslə göstərdiyiniz qayğıya görə Sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Heydərov Rövşən Akif oğlu

Azərbaycan Respublikası, Ağsu rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi