Əlixan Güləliyevdən, Masallı, Azərbaycan


04 aprel 2019, 15:30
Hörmətli cənab Ali Baş Komandan.
Sizin sayənizdə Azərbaycanımız gündən-günə inkişaf edir və gözəlləşir. Paytaxt Bakı isə dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevrilmişdir. Biz Vətənimiz Azərbaycanın bugünkü inkişaf səviyyəsi ilə haqlı olaraq qürur duyuruq.
Siz ölkə vətəndaşlarına da böyük diqqət və qayğı göstərirsiniz. Cəbhə bölgəsinə tez-tez səfərlər etməyiniz, hərbi hissələrdə olmağınız zabit və əsgərlərimizə böyük ruh yüksəkliyi verir, biz valideynləri sevindirir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar son aylarda verdiyiniz Fərman və Sərəncamları da bu məqamda qeyd etməyə bilmərəm. Minimum əməkhaqqının, təqaüdlərin, pensiyaların artırılması, problemli kreditlərin həlli ilə bağlı tədbirlər görülməsi çox yaxşı haldır.
Cənab Prezident, bu təqdirəlayiq işlərinizə görə bir ağsaqqal olaraq Sizə təşəkkür edirəm. Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Güləliyev Əlixan Əhməd oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi.