Səadət Məmmədovadan, İsmayıllı, Azərbaycan
04 aprel 2019, 12:40
Çox hörmətli cənab Prezident.
Ölkəmizdə təhsilin inkişafı və intellektual gənclərin yetişdirilməsi istiqamətində görülən işlər biz şagirdləri razı salır. Bunlardan biri də "Ölkəmizi tanıyaq" layihəsidir.
Həyata keçirilən növbəti tur-aksiya zamanı mən məktəbli yoldaşlarımla birgə Gəncə, Şəmkir, Göygöl, Tovuz, Ağstafa, Qazax şəhər və rayonlarına səyahət etdim və bu səfərdən müsbət təəssüratla qayıtdım. Tur-aksiyanın dünyagörüşümün, vətənpərvərlik hisslərimin daha da artmasına böyük təsiri oldu.
Tur-aksiyanın təşkilinə görə Sizə sonsuz təşəkkürümü bildirirəm, cənab Prezident!
Dərin hörmət və ehtiramla,
Məmmədova Səadət Natiq qızı, XI sinif şagirdi.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Təzəkənd kəndi.