logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aysun Gözəllidən, Salyan, Azərbaycan

Text size icon-size icon-size

04 aprel 2019, 12:00

Çox hörmətli cənab Prezident.

Hazırda mən özümü ən xoşbəxt gənclərdən biri kimi hiss edirəm. Çünki Sizin tapşırığınıza əsasən həyata keçirilən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının iştirakçısı olmuşam. Çox şadam ki, bu tur-aksiyada iştirak etmək mənə də nəsib oldu.

Bu tur-aksiya çərçivəsində mən özümə yeni dostlar qazandım və yeni biliklər əldə etdim. Kitablarda şəkillərinə baxdığım Quba, Qusar, Xaçmaz rayonlarını öz gözlərimlə görmək mənə çox xoş təsir bağışladı. Səfər zamanı bir sıra maraqlı tarixi abidələrimizlə, mədəniyyət nümunələri ilə yaxından tanış oldum, səmərəli vaxt keçirdim.

Əziz Prezidentimiz, "Ölkəmizi tanıyaq" tur-aksiyası Sizin gənc nəslə göstərdiyiniz diqqət və qayğının daha bir nümunəsidir. Müasir dövrün gəncləri üçün yaratdığınız bu gözəl şəraitə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Gözəlli Aysun Seymur qızı, X sinif şagirdi.

Azərbaycan Respublikası, Salyan rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi