Rəvan Gözəlov və başqalarından, Beyləqan, Azərbaycan
03 aprel 2019, 18:10
Hörmətli cənab Prezident.
Bu gün şagirdlər çox şanslıdırlar ki, "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Azərbaycanı gəzir, onun tarixi və təbiəti ilə əyani tanış olurlar. Biz bu yaxınlarda Quba, Qusar və Xaçmaz rayonlarına səfərdə iştirak etmişik. Səfərdən təəssüratlarımız o qədər genişdir ki, nə qədər yazsaq tükənməz. Tanrının bütün təbiət gözəlliklərini bəxş etdiyi, qədim və müasirliyin qovuşduğu Quba, Qusar və Xaçmaz rayonlarını qarış-qarış gəzərək, ətraflı məlumat əldə etmək çox maraqlı, həm də arzumuzun gerçəkləşməsi oldu. Bu diyarların hər qarışında bir tarix var.
Əziz Prezidentimiz, biz şagirdlərə yaratdığınız şəraitə və göstərdiyiniz diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Həmişə dövlətimizə layiq olmağa və ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq.
Hörmətlə,
Gözəlov Rəvan Bakir oğlu
Cəfərov Laçın Süleyman oğlu
İbrahimli Nərmin Vasif qızı
Hüseynli Fidan Surac qızı
Xocavənd rayonunun Salakətin kənd orta məktəbinin şagirdləri.
Azərbaycan Respublikası, Beyləqan rayonu.