Hafiz Səfərov və başqalarından, Tərtər, Azərbaycan


03 aprel 2019, 13:25
Möhtərəm cənab Prezident,
Orta məktəb şagirdləri üçün keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası biz valideynlərin də ürəyincədir. Övladlarımız martın 15-18-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə səfərdə olublar və xoş təəssüratla geri dönüblər. Bölgələrin sosial-iqtisadi inkişafı, tarixi, mədəni abidələri, adət-ənənələri ilə tanışlıq gənc nəslin ölkəmizi yaxından tanımasında, dünyagörüşünün formalaşmasında böyük rol oynayır.
Cənab Prezident, övladlarımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə tur-aksiyada iştirak edən tərtərli məktəblilərin valideynləri adından öz minnətdarlığımızı bildiririk. Cəbhə bölgəsində yaşayan tərtərlilər Sizi sevir və dəstəkləyir.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Səfərov Hafiz Oktay oğlu,
Kazımzadə Anar Eldar oğlu,
Həsənov İslam Rasim oğlu.
Azərbaycan Respublikası, Tərtər rayonu.