logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir

Text size icon-size icon-size

07 oktyabr 2011, 19:00

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın anasının vəfatı ilə bağlı ona başsağlığı vermiş, Türkiyənin Baş nazirinə və onun ailəsinə Allahdan səbr diləmişdir.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi