logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng etmişdir

Text size icon-size icon-size

07 oktyabr 2011, 16:40

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putin ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildirmişlər. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi