Ələddin Məmmədovdan, Mingəçevir, Azərbaycan


01 aprel 2019, 12:50
Hörmətli cənab Prezident.
“Diqlas” ticarət mərkəzində baş verən yanğınla əlaqədar keçirilən
müşavirədəki çıxışınızı televiziya vasitəsilə izlədim. Yanğın zamanı
zərər çəkmiş sahibkarlara dəymiş maddi ziyanın dövlət tərəfindən
ödənilməsi ilə bağlı göstərişiniz məndə böyük sevinc hissi yaratdı.
Mən sahibkar olmasam da, bu yanğın hadisəsindən ziyan
çəkməsəm də Sizin belə humanist addımınız mənə sevinməyə əsas
verir. Çünki ziyana düşmüş insanlar bizim vətəndaşlarımızdır. Sizin
onlara dəstək olmağınız həm böyüklüyünüzün, həm də milli birliyimizin
rəmzidir.
Möhtərəm cənab Prezident, çətinliklə üzləşmiş vətəndaşlara
göstərdiyiniz köməyə görə Sizə təşəkkür edirəm. Allah hər zaman
köməyiniz olsun.
Hörmətlə,
Məmmədov Ələddin Kamil oğlu.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.