Yasəf Qasımovdan, Sabirabad, Azərbaycan


01 aprel 2019, 12:15
Möhtərəm cənab Prezident.
Artıq bir neçə ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalar təşkil olunur. Sizin tapşırığınıza əsasən keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb. Qeyd etmək istəyirəm ki, bu il mənim övladım - Sabirabad rayonu 2 nömrəli Cavad kənd tam orta məktəbinin IX sinif şagirdi Böyükkişi Qasımov da bu tur-aksiyada iştirak edib. Şagirdlər ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanın nailiyyətləri, respublikamızın Sizin qətiyyətinizlə nail olduğu dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması ilə yaxından tanış olublar.
Cənab Prezident, şagirdlərə verdiyiniz yüksək dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Qasımov Yasəf Böyükkişi oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Cavad kəndi.