logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəxtiyar Qaracadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

01 aprel 2019, 11:40

Möhtərəm cənab Prezident.

1976-cı ildə jurnalist olmaq arzusu ilə Dağlıq Qarabağdan paytaxta üz tutarkən ağlıma gəlməzdi ki, mənim həyatımda ümummilli lider Heydər Əliyevin necə böyük rolu olacaq. Məhz Ümummilli Liderin təşəbbüsü və qayğısı sayəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilimi davam etdirə bildim.

Tale elə gətirdi ki, 1997-ci ilin iyununda bir qrup telejurnalistlə görüşdə o böyük şəxsiyyətə öz minnətdarlığımı bildirə bildim. Həmin tədbirdə Ümummilli Liderin xüsusilə bir fikri yaddaşıma ömürlük həkk olundu. Ulu Öndər demişdi ki, gələcək nəsillərə çox qüdrətli, güclü, inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm, mənim məqsədim bundan ibarətdir.

Bir qələm əhli kimi sevinirəm ki, bu gün artıq həmin qüdrətli dövlətin vətəndaşlarıyıq və onun sükanı arxasında Sizin kimi xalqını, millətini sevən, elin, obanın, məmləkətdə hər kəsin məhəbbətinə və şükranlıq duyğularına sahib olan güclü, ədalətli bir dövlət başçısı dayanıb.

Cənab Prezident, gündən-günə inkişaf edən, güclənən və hər birimizin Vətəni olan Azərbaycanda apardığınız böyük islahatlara və quruculuq işlərinə görə Sizə təşəkkürümü bildirirəm. Əvəzsiz sevinc və məmnunluq hisslərimi Sizə çatdırmaqdan qürur duyuram.

Hörmətlə,

Bəxtiyar Qaraca, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvü, yazıçı-publisist.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi