logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sədrəddin Ələsgərovdan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

30 mart 2019, 18:50

Çox hörmətli cənab Prezident.

Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi haqqında Sərəncamınıza görə Ağdam Rayon Ağsaqqallar Şurasının kollektivi adından Sizə təşəkkürümü bildirirəm.

Xalqımıza, el-obamıza qayğınız biz yaşlı nəslin nümayəndələrini hər zaman sevindirir. Həm indiki, həm də özümüzdən sonrakı nəslin etibarlı əllərdə olduğunu görür, hiss edir və bundan mənəvi rahatlıq tapırıq.

Əziz Prezidentimiz, necə ki, Siz çətinliyə düşən insanlara hər zaman kömək olursunuz, Allah da Sizi heç zaman darda qoymasın.

Hörmətlə,

Ələsgərov Sədrəddin.

Azərbaycan Respublikası, Ağdam rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi