İsabala Xankişiyevdən, Qusar, Azərbaycan


30 mart 2019, 18:00
Hörmətli cənab Prezident.
Bu il martın 16-da imzaladığınız növbəti əfv Sərəncamınız həmişə olduğu kimi, çoxlu sayda ailəyə bayramqabağı böyük sevinc bəxş etdi. Əfv etmək böyüklüyün və humanizmin nümunəsidir. Həm də bu, qarşılıqlı barışıq yolunda atılan addımdır. Qədirbilən xalqımız bunu yüksək qiymətləndirir. Biz də bir sıravi vətəndaşlar olaraq belə humanist addımlarınızı daim alqışlayır və Sizə “Çox sağ olun!” deyirik.
Təəssüflər olsun ki, bəzi şəxslər ya bilərəkdən, ya da bilməyərəkdən bu cür humanist addımları düzgün qiymətləndirmir, bunu hansısa qüvvələrin təsiri və təzyiqi altında verildiyi qənaətindədirlər. Yalnız qəlbiqara, mədəni və intellektual səviyyəsi yetərincə olmayan insanlar belə düşünə bilərlər. Biz onlara sual edirik: Əgər doğrudan da belədirsə, bəs bu 10-15 ildə o qüvvələr harada idilər?
Atalarımız “Balığı at dəryaya, balıq bilməsə də xaliq bilər” deyib. Biz Sizin təşəbbüslərinizi və addımlarınızı dəstəkləyirik, cənab Prezident!
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq. İnanırıq ki, Siz bundan sonra da vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində siyasətinizi davam etdirəcəksiniz. Bu yolda Sizə uğurlar diləyirəm. Allah Sizi qorusun.
Hörmətlə,
Xankişiyev İsabala Mudulla oğlu.
Azərbaycan Respublikası, Qusar rayonu.