logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mehman Vəliyevdən, Biləsuvar, Azərbaycan

Text size icon-size icon-size

30 mart 2019, 17:00

Hörmətli cənab Prezident.

"Diqlas" ticarət mərkəzində baş vermiş yanğın səbəbindən çətin vəziyyətə düşmüş vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya, vətəndaşların yanında olduğunuza görə Sizə təşəkkür edirik.

Belə çətin vəziyyətdə dövlətin və dövlətimizin başçısının öz vətəndaşını, onun ailəsini tək qoymayaraq dəstək göstərməsi çox mühüm və humanist bir addımdır. Siz xalqdan güc aldığınız kimi, biz də Sizdən, öz dövlətimizdən güc alırıq.

Humanist və alicənab qərarlarınıza görə bir daha Sizə təşəkkür edir, “Çox sağ olun!” deyirik.

Hörmətlə,

Vəliyev Mehman Vəli oğlu.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Nərimankənd kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi