logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əjdər Əliyarovdan, Ucar, Azərbaycan

Text size icon-size icon-size

29 mart 2019, 16:00

Çox hörmətli cənab Prezident.

Mən martın 15-18-də "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edərək məktəb yoldaşlarımla birlikdə Azərbaycanın cənub bölgəsinə - Lənkəran şəhərinə, Masallı və Astara rayonlarına getmişəm. Səfər zamanı bu bölgənin tarixi-mədəni abidələri, gəzməli-görməli yerləri ilə tanış olmuşam, digər rayonlardan olan şagirdlərlə dostluq münasibətləri qurmuşam. Bu tur-aksiyada iştirak etdiyim üçün özümü xoşbəxt sayıram.

Cənab Prezident, şagirdlərə belə gözəl şərait yaratdığınıza görə şəxsən öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz Sizdən nümunə götürərək Vətənimizi sevir və onun layiqli vətəndaşları olmağa çalışırıq. Allah hər işdə köməyiniz olsun.

Hörmətlə,

Əliyarov Əjdər Zaur oğlu, X sinif şagirdi.

Azərbaycan Respublikası, Ucar rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi