logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Gülnar Hüseynovadan, Sabirabad, Azərbaycan

Text size icon-size icon-size

29 mart 2019, 14:25

Möhtərəm cənab Prezident.

Siz əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Respublikasında təhsilin inkişafı, yetişməkdə olan gənc nəslin daha bilikli olması üçün mühüm addımlar atırsınız. Bunlardan biri də "Ölkəmizi tanıyaq" tur-aksiyasının təşkil edilməsidir. Direktoru olduğum məktəbdən 2 şagird mart ayının ortalarında keçirilən tur-aksiyaların birində iştirak etdi. Məktəblilər respublikamızın Gəncə-Qazax bölgəsinin tarixi və müasir həyatı barədə ətraflı məlumatlara yiyələndilər, regionların sosial-iqtisadi inkişafını öz gözləri ilə gördülər.

Əziz Prezidentimiz, məktəbimizin şagirdləri, onların valideynləri və şəxsən öz adımdan Sizə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm. Biz Sizin gördüyünüz misilsiz işləri daım dəstəkləyirik.

Dərin hörmət və ehtiramla,

Hüseynova Gülnar Aydın qızı,

O.Mirzəyev adına Qaratəpə kənd tam orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaratəpə kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi