logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ariz Hacıyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

29 mart 2019, 11:55

Möhtərəm cənab Prezident.

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsini şəxsi nəzarətinizə götürdüyünüzə və sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi barədə tapşırığınıza görə Sizə minnətdarlığımı bildirirəm.

Orada nə mənim, nə də hər hansı bir qohumumum və ya yaxınımın obyekti yanıb. Sadəcə bir Azərbaycan vətəndaşı kimi dövlətimin öz vətəndaşına göstərdiyi diqqətdən ruhlanaraq bu məktubu yazmağı, razılığımı ifadə etməyi özümə borc bildim.

Əziz Prezidentimiz, Allahdan Sizə uzun ömür diləyirəm. Xalqımız Sizi çox sevir.

Hörmətlə,

Hacıyev Ariz Adil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.  

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi