logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin rəsmi qarşılanma mərasimi olmuşdur

Text size icon-size icon-size

07 oktyabr 2011, 13:00

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Nikola Sarkozini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Fransa Prezidentinə raport verdi. Fransanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Nikola Sarkoziyə, Fransa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi