Namiq Ağayevdən, Xaçmaz, Azərbaycan


02 mart 2019, 13:00
Çox hörmətli cənab Prezident.
Mən 2014-cü ilin dekabr ayında bankdan kredit götürmüşdüm. İki ay sonra - 2015-ci ilin fevral ayında devalvasiya oldu və mənim kreditimin məbləği artdı. Buna baxmayaraq, ödənişi davam etdirdim. İkinci dəfə devalvasiya olandan sonra ödənişi etməyə maddi gücüm çatmadı. Neçə illər idi ki, bu borc məni incidirdi.
Cənab Prezident, problemli kreditlərin həlli ilə bağlı humanist Fərmanınız mənim taleyimi yaşayan hər bir şəxsi çox sevindirdi. Mən şəxsən Sizin bu insanpərvərliyinizə, humanistliyinizə heyran qalmışam. Uca Allah Sizi bizim başımız üzərindən əskik etməsin. Çox sağ olun, əziz Prezidentim.
Hörmətlə,
Ağayev Namiq Nəriman oğlu.
Azərbaycan Respublikası, Xaçmaz rayonu.