logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Kristian Vulfa

Text size icon-size icon-size

01 oktyabr 2011, 15:20

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman birliyi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Almaniya münasibətləri hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri siyasi dialoqumuzun davam etdirilməsi, iqtisadi və humanitar müstəvidə əməkdaşlığımızın dərinləşdirilməsi üçün münbit zəmindir.

Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində qarşılıqlı işimiz və birgə fəaliyyətimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 sentyabr 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi