“2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Text size
01 mart 2019, 15:15
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Protokol təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2019-cu il.