İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filat ilə görüşmüşdür
29 sentyabr 2011, 16:32
Polşada işgüzar səfərdə olan Prezident İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filat ilə görüşmüşdür.
Görüşdə Varşavada keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin əhəmiyyəti vurğulandı. Bu tədbirin, eyni zamanda, ikitərəfli əlaqələrin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.
Siyasi münasibətlərin yaxşı səviyyədə olduğunun qeyd edildiyi görüşdə iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM çərçivəsində əməkdaşlığı ilə bağlı məsələlər, eləcə də nəqliyyat, təhlükəsizlik, enerji sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Bundan başqa, qarşılıqlı səfərlərin, iş adamları arasında görüşlərin təşkil edilməsinin önəmi qeyd edildi.