“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
23 fevral 2019, 13:30
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununun 2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanunun 1.2.1-ci, 1.4-cü, 1.8.2-ci və 1.8.4-cü maddələri 2018-ci il iyulun 1-dən tətbiq edilir.
2.2. Bu Qanun (1.2.1-ci, 1.4-cü, 1.8.2-ci və 1.8.4-cü maddələr istisna olmaqla) 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il.