logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

23 fevral 2019, 13:25

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununun 2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanunun 1.5.2-ci, 1.7.1-ci və 1.7.2-ci maddələri 2018-ci il iyulun 1-dən tətbiq edilir.

2.2. Bu Qanun (1.5.2-ci, 1.7.1-ci və 1.7.2-ci maddələr istisna olmaqla) 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi