Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha
Text size
22 fevral 2019, 15:20
Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bruney xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2019-cu il.