logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika üzrə dövlət naziri Çarlz Hendrini qəbul etmişdir

Text size icon-size icon-size

28 sentyabr 2011, 16:00

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika üzrə dövlət naziri Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulandı və bu əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi