İlham Əliyev Nobel mükafatçıları Erik Maskini, Finn Erlinq Kidlandı və Kristofer Antoniu Pissaridesi qəbul etmişdir
Text size
27 sentyabr 2011, 19:00
Prezident İlham Əliyev ABŞ-ın Harvard Universitetinin professoru, Nobel mükafatçısı Erik Maskini, Norveçin Karneqi-Melon Universitetinin professoru, Nobel mükafatçısı Finn Erlinq Kidlandı və London İqtisadiyyat Məktəbinin kafedra müdiri və proqram direktoru, Nobel mükafatçısı Kristofer Antoniu Pissaridesi qəbul etmişdir.
Görüşdə elmin inkişafı ilə bağlı məsələlərə, qonaqların təmsil etdikləri elm və təhsil müəssisələrinin Azərbaycanla əməkdaşlığına dair fikir mübadiləsi aparılmışdır.