Məhərrəm Orucov və başqalarından, Gəncə, Azərbaycan


18 fevral 2019, 12:30
Möhtərəm cənab Prezident.
Sizin respublikamıza rəhbərliyiniz dövründə ölkəmizin sosial-iqtisadi inkişafı üçün çox işlər görülüb. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan iqtisadi cəhətdən qüdrətli ölkəyə çevrilib, xalqımız isə daha firavan yaşayır. Bütün bunlar Sizin gərgin əməyinizin nəticələridir.
Əziz Prezidentimiz, Gəncə şəhərində çoxmərtəbəli binalarda liftlərin təmiri ilə bağlı vəsait ayrılması haqqındakı Sərəncamınızı sevinc və fərəh hissi ilə qarşıladıq. Gəncəyə göstərdiyiniz bu qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, xalqımızın daha xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə möhkəm cansağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Orucov Məhərrəm
Əhmədov Kəmalə
Rəhimov Mehdi
Cabbarov İlqar
Aslanov Əkrəm və başqaları.
Azərbaycan Respublikası, Gəncə şəhəri.