İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun görüşü olmuşdur
30 iyun 2010, 14:10
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov və xanımı Zorka Pırvanova ilə birgə görüşü olmuşdur.
Dövlət başçısı və xanımı Bolqarıstan Prezidentini və xanımını sarayın həyətində qarşıladılar.
Sonra birgə görüş oldu. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Yüksək səviyyəli səfərlərin əhəmiyyətinə toxunuldu. Bolqarıstan Prezidentinin Azərbaycana işgüzar səfərinin əlaqələrimizin genişlənməsi baxımından önəmi qeyd olundu.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.