Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri cənab Piter Kosqrova
Text size
25 yanvar 2019, 17:55
Hörmətli cənab General-Qubernator,
Avstraliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın dərinləşməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Avstraliya xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 yanvar 2019-cu il.