Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Text size
16 yanvar 2019, 18:20
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanmış Birgə Bəyanat təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2018-ci il.