İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının demokrat qrupunun sədri Robert Volteri qəbul etmişdir
Text size
21 sentyabr 2011, 13:10
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının demokrat qrupunun sədri Robert Volteri qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Bakıda keçiriləcək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş beynəlxalq tədbirin əhəmiyyəti qeyd edildi, bu tədbirin parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.