logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Malta Respublikasının Prezidenti Zati-aliləri cənab Corc Abelaya

Text size icon-size icon-size

20 sentyabr 2011, 18:40

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan-Malta münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsi və genişlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 sentyabr 2011-ci il. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi