Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevdən
26 dekabr 2018, 18:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident.
Doğum gününüz münasibətilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.
Liderliyiniz və uğurlu siyasətiniz sayəsində Azərbaycan Respublikası regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və hər keçən gün dünya səhnəsində yerini və nüfuzunu daha da möhkəmləndirir.
Eyni zamanda, Türk Şurasına Sizin daimi dəstəyinizi məmnuniyyətlə qeyd edir və vurğulamaq istərdim ki, verdiyiniz mühüm töhfələr nəticəsində türkdilli dövlətlər arasında çoxtərəfli əlaqələrimiz yeni mərhələyə qədəm qoyub.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq, ailə səadəti diləyir və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Bağdad Amreyev
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi